"Klassik Gimnaziya direktorunun fəaliyyəti başa çatıb" - BŞTİ

 "Klassik Gimnaziya direktorunun fəaliyyəti başa çatıb" -  BŞTİ
  30 Avqust 2023    Oxunub:1448
Bakı Şəhər Təhsil İdarəsi 160 nömrəli Klassik gimazinanın direktoru Faina Ələkbərovanın müqaviləsinin "daha 1 il müddətinə uzatmaq olarmı?" barədə yayılan məlumatlara aydınlıq gətirib.
İdarədən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 160 nömrəli Klassik gimazinanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) 21 iyul 2023-cü il tarixdə xitam verilib.

Qeyd edək ki, Ələkbərova Faina Emmanuilovna 1947-ci il sentyabrın 6-da anadan olub. 1949-cu ildən Bakı şəhərində yaşayır. 1965-ci ildə Bakı şəhərindəki 160 nömrəli orta məktəbi gümüş medalla bitirib. 1965-ci ildə həmin məktəbdə baş pioner dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin avqust ayınadək orada tarix və ictimaiyyət fənnindən dərs deyib. 1974-1984-cü illərdə həmin məktəbdə sinifdanxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində işləyib. 1984-1990-cı illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1990-cı ilin mart ayında 160 npmrəli məktəbin direktoru vəzifəsinə seçilib. F.Ələkbərova 1990-cı ildən 2023-cü ilədək qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsində çalışıb, səmərəli fəaliyyətinə görə çoxsaylı təltiflərə layiq görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti