"ABŞ Qabondakı hadisələrdən narahatdır" - Ağ Ev

   "ABŞ Qabondakı hadisələrdən narahatdır" -    Ağ Ev
  30 Avqust 2023    Oxunub:1791
ABŞ Qabonda hakimiyyətin hərbi yolla ələ keçirilməsi cəhdindən narahatdır. Ağ Ev Qərbi Afrika xalqlarını demokratiya yolunda dəstəkləyəcək.
AzVision.az xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O əlavə edib ki, hadisələr dünən gecə baş verdiyi üçün ABŞ administrasiyasının vəziyyətlə bağlı çox qənaəti yoxdur.

"Düşünürəm ki, bunu çox, çox yaxından izlədiyimizi bilmək sizi təəccübləndirməz. Bu, çevriliş cəhdləri ilə sarsılan bölgədə son hərbi ələ keçirmə cəhdidir", - Kirbi deyib.

Qeyd edək ki, avqustun 30-da Qabon hərbçiləri seçkilərin nəticələrinin ləğv edildiyini və hökumət institutlarının ləğv olunduğunu elan edib. Respublika Qvardiyasının rəhbəri general Bris Oliqui Nguema “Monde” qəzetinə bildirib ki, Qabon prezidenti Əli Bonqo Ondimba vəzifəsindən azad edilib, lakin bütün vətəndaş hüquqlarını qoruyub saxlayacaq. Hərbçilərin məlumatına görə, Əli Bonqo Ondimba ev dustaqlığındadır. Daha sonra yerli jurnalistin X sosial şəbəkəsində (keçmiş Twitter) yerləşdirdiyi videomüraciətdə Əli Bonqo öz iqamətgahında olduğunu və nə baş verdiyini anlamadığını bildirib. O əlavə edib ki, həyat yoldaşı və oğlunun harada olduğunu bilmir.

AzVision.az


Teqlər:



Xəbər lenti