Tələbə adı qazananların nəzərinə

Tələbə adı qazananların nəzərinə
  31 Avqust 2023    Oxunub:1440
Ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək:

“Onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti