Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

   Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  31 Avqust 2023    Oxunub:1224
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti