Son bir ayda Qarabağda daha 1 992 mina aşkarlanıb

   Son bir ayda Qarabağda daha 1 992 mina aşkarlanıb
  01 Sentyabr 2023    Oxunub:1466
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqust ayında aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər:



Xəbər lenti