Danimarkadan Rusiyaya tələb: Səfirlik işçilərini ixtisar edin

Danimarkadan Rusiyaya tələb:    Səfirlik işçilərini ixtisar edin
  01 Sentyabr 2023    Oxunub:1331
Danimarka Xarici İşlər Nazirliyi Rusiyanın diplomatik nümayəndəliyində maksimum 5 diplomat və 20 əməkdaşın olmalı olduğunu bildirib.
Bu barədə KİV məlumat yayıb.

“Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Barbinə Rusiyanın Kopenhagendəki səfirliyindəki işçilərin sayının Danimarkanın Moskvadakı səfirliyinin işçilərinin sayına uyğun olan səviyyəyə endirilməli olduğu barədə məlumat verib”, - XİN-in saytındakı bəyanatda deyilir.

Qeyd olunur ki, ixtisarlar sentyabrın 29-dan gec olmayaraq başa çatdırılmalıdır.
AzVision.az



Teqlər:



Xəbər lenti