"Ölkədən getmək istəyirəm, bezmişəm" - Çingiz Abdullayev

   "Ölkədən getmək istəyirəm, bezmişəm" -    Çingiz Abdullayev
  02 Sentyabr 2023    Oxunub:1974
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib.
AzVision.az xəbər verir ki, tanınmış yazıçı bu barədə facebook hesabında yazıb.

Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini deyib:

“Bu axmaq hücumlardan bezmişəm, “axmaqlar” yazsam, inciyəcəklər, “fərsizlər” desəm, daha çox inciyəcəklər.

"Birliyimizin katibi mənə deyir: "Bu, bir tendensiyadır. Deməli, sizin haqqınızda xəbiscəsinə yazırlar ki, özlərini əhəmiyyətli hiss etsinlər və ya göstərsinlər. Başqa cür alındıra bilmirlər. Və sizin fonunuzda onlar da əhəmiyyətli olurlar" . Ola bilsin ki, belədir. Ancaq mən daha bezmişəm. Bəlkə, doğurdan da getmək vaxtıdır? Bu, məni çox incidir.

Bura mənim ölkəm və şəhərimdir. Bu şəhərin ləhcəsində danışdığım üçün qınanıram. Belə də yaşamağa davam edirik!

Özünə adekvat olmayan insanların sayı çoxdur. Bu isə bütün əhaliyə təsir edir. Artıq nəsə etmək vaxtıdır!"- yazıçı şərh bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ÇingizAbdullayev  



Xəbər lenti