Hikmət Hacıyev TDT-in baş katibi ilə görüşüb

 Hikmət Hacıyev TDT-in baş katibi ilə görüşüb
  02 Sentyabr 2023    Oxunub:1530
2 avqust 2023-cü il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatının binasında Baş katib Kubanıçbek Ömurəliyev Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AzVision.az xəbər verir ki, bubarədə təşkilat məlumat yayıb.

Görüş zamanı baş katib Azərbaycan Prezidentinin köməkçisini TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə edib.

Tərəflər Türk Dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

AzVision.az





Teqlər: Hacıyev   TDT   Baş-Katib  



Xəbər lenti