Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Qeyd olunub ki, şimal-şərq küləyi Gəncədə 24 m/s-dək güclənib. Havanın maksimal temperaturu sentyabrın 02-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 29-31° isti, Naxçıvan MR-da 34-38° isti, Aran rayonlarında 32-37°, dağlıq rayonlarda 25°-dək isti olub.
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 04-ü səhərədək davam edəcək. Belə ki, sentyabrın 04-ü gündüz və 05-də havanın sabit olacağı, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


