İƏT nümayəndə heyəti Füzulidə
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar Füzulidə dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.
Nümayəndə heyətinin Qaraxanbəyli və Merdinli məzarlıqları, Merdinli məscidi, Füzuli şəhərinin tarixi mərkəzinin dağıntıları və yeni yaşayış məhəlləsi ilə tanış olması, Ermənistanın işğalı nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


