Ukraynada 80 faizindən çox məktəb bomba sığınacaqları ilə təchiz olunub

   Ukraynada 80 faizindən çox məktəb bomba sığınacaqları ilə təchiz olunub
  03 Sentyabr 2023    Oxunub:1104
Ukraynada təxminən 13 min məktəb fəaliyyət göstərir, onların 80 faizindən çoxu bomba sığınacaqları ilə təchiz olunub.
AzVision.az xəbər verir ki, bunu milli telemarafonun efirində Ukraynanın təhsil və elm nazirinin müavini Andrey Vitrenko deyib.

Onun sözlərinə görə, bomba sığınacaqlarının modernləşdirilməsi prosesi davam edəcək. A.Vitrenko əlavə edib ki, dövlət təhlükəsiz təhsil mühitinin inkişafı üçün artıq 1,5 milyard qrivnadan çox vəsait ayırıb.

Kiyevdə 12 məktəb var ki, orada sığınacaq təchiz etmək mümkün deyil. Hazırda yeni tipli bomba sığınacaqların tikintisi ilə bağlı dörd pilot layihə həyata keçirilir.

O, həmçinin əlavə edib ki, müəyyən səbəblərə görə sığınacaq yaratmaq mümkün olmayan təhsil müəssisələrində yeni tipli sığınacaqlar tikiləcək.

Xatırladaq ki, yayda Ukraynada bütün ölkə üzrə bomba sığınacaqlarının vəziyyətinin genişmiqyaslı yoxlanışı aparılıb. Nəticələr məyusedici olub. Prezident Volodimir Zelenski sığınacaqların düzgün saxlanmaması və girişin təmin edilməməsinə görə cinayət məsuliyyətinin artırılması barədə göstəriş verib.

AzVision.az


Teqlər:



Xəbər lenti