İƏT-in nümayəndə heyəti Füzulidə faktaraşdırıcı missiya həyata keçirib
Sonra Merdinli kəndinə gələn nümayəndə heyətinə 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər
Füzuli Beynəlxalq Hava Limanında nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri haqqında məlumat verilib. Bildirilib ki, işğaldan azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın Hava limanlarının inşasıdır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Nümayəndə heyəti Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olub. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb.
Nümayəndə heyəti, həmçinin Füzuli şəhərində yeni yaşayış məhəlləsində və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olub. Onlar, həmçinin Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüblər.
Füzulidə faktaraşdırıcı missiya həyata keçirən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdama yola düşüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


