Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

   Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  04 Sentyabr 2023    Oxunub:1050
Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", - məlumatda deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti