"Yeni Klinika"ya mətbuat katibi təyin olunub
N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb.
Nuridə Allahyarova “Space” televiziya kanalında yayımlanan "Prezident vaxtı" verilişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verilişinin aparıcısı olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


