Rəşad Nəbiyev Astarada qəbul keçirəcək

Rəşad Nəbiyev Astarada qəbul keçirəcək
  04 Sentyabr 2023    Oxunub:1200
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 11-də saat 10:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib.

Qəbulda nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula sentyabrın 9-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

AzVision.az


Teqlər:



Xəbər lenti