Bakıda parklanan maşın hərəkət edib səkidən düşdü - VİDEO

   Bakıda parklanan maşın hərəkət edib səkidən düşdü -    VİDEO
  04 Sentyabr 2023    Oxunub:1793
Bakıda parklanan avtomobil öz-özünə hərəkət edib.
AzVision.az xəbər verir ki, hadisə anbaan kameraya düşüb. Belə ki, sürücü “Vaz 21099” markalı avtomobili park edən zaman ötürücülər qutusunu neytralda saxladığı üçün avtomobil enişə doğru hərəkət edib. Səkiyə düşən avtomobil zədələnib.

Qeyd edək ki, belə halların baş verməməsi üçün hər bir sürücü nəqliyyat vasitəsini duracağa qoyduqda mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalıdır.



AzVision.az


Teqlər:



Xəbər lenti