Nazir qalmaqallı generalın yerinə onu təyin etdi

   Nazir qalmaqallı generalın yerinə onu təyin etdi
  04 Sentyabr 2023    Oxunub:1680
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib. O, vəzifədə olduğu bir neçe ay müddətində tabeliyindəki idarə və təşkilatlarda yoxlamalar aparılmış və ciddi pozuntular aşkarlanmışdı. (Manset.az)

AzVision.az


Teqlər:



Xəbər lenti