Ceyhun Bayramov Macarıstanda nazirlərlə görüşdü

   Ceyhun Bayramov Macarıstanda nazirlərlə görüşdü
  04 Sentyabr 2023    Oxunub:1219
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.

Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir.





AzVision.az


Teqlər:



Xəbər lenti