MN: Ermənistan silahlı qüvvələrinin mövqeləri atəşə tutulmayıb

      MN:    Ermənistan silahlı qüvvələrinin mövqeləri atəşə tutulmayıb
  05 Sentyabr 2023    Oxunub:1384
Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.
AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti