Bu məscidlərə qadın mollalar təyin edildi

   Bu məscidlərə qadın mollalar təyin edildi
  05 Sentyabr 2023    Oxunub:1431
Bakıda islam dininə aid daha 2 ibadət yerinə (məscid) qadın dini ayinlərin icraçıları təyin olunub.
AzVision.az xəbər verir ki, müsahibə imtahanının nəticəsinə görə üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən “Hacı Əjdərbəy” məscidində, bir nəfər isə Binəqədi rayonundakı “Heydər” məscidində çalışacaq.

Qeyd edək ki, sentyabrın 4-də keçirilən müsahibə mərhələsi üçün 23 qadın namizəd müraciət edib. Onlardan ikisi müsahibədə iştirak etməyib, yerdə qalanı isə müsahibədən keçməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti