Ukrayna parlamenti Reznikovun istefasını dəstəklədi

   Ukrayna parlamenti Reznikovun istefasını dəstəklədi
  05 Sentyabr 2023    Oxunub:1439
Ukrayna parlamenti Aleksey Reznikovun Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən istefasını dəstəkləyib. Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.
Onun sözlərinə görə, Umerovun müdafiə naziri vəzifəsinə təyinatı çərşənbə günü baş tutmalıdır.

Bundan əvvəl Vladimir Zelenski Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən istefa verdiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerovun təyin edildiyini açıqlamışdı. Bazar ertəsi Reznikov istefa ərizəsini Radaya təqdim etdiyini bildirib.

Qeyd edək ki, Krım tatarı olan R. Umerov siyasətçi, sahibkar və investordur.

Gəncliyində ABŞ-da mübadilə proqramı ilə təhsil alıb. 2019-cu ildə deputat seçilib. İki il sonra o, dövlət quruculuğunda, müdafiə qabiliyyətinin gücləndirilməsində və ölkənin inkişafında mühüm şəxsi xidmətlərinə görə III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilib.

2022-ci ilin sentyabrından Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri kimi çalışırdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti