Otuz üç hakimliyə namizəd birbaşa yekun müsahibəyə buraxılıb

Otuz üç hakimliyə namizəd birbaşa yekun müsahibəyə buraxılıb
  06 Sentyabr 2023    Oxunub:1039
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçilməsi prosesi davam edir.
Bu barədə AzVision.az -a Hakimlərin Seçki Komitəsindən məlumat verilib. Qeyd olunub ki, ilkin tədris kursunu başa vurmuş 33 nəfər hakimliyə namizəd yeni qaydalara əsasən birbaşa yekun müsahibəyə buraxılıb. 2023-cü il sentyabrın 11-dən başlayaraq yekun müsahibə mərhələli qaydada keçiriləcək.

Yekun müsahibədə namizədlərin tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onun hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi yoxlanılacaq.

“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/17144 keçidi vasitəsilə tanış olmaq mümkündür.

AzVision.az


Teqlər:



Xəbər lenti