Ermənilər Laçın istiqamətində yeni səngərlər qazmağa cəhd göstəriblər

 Ermənilər Laçın istiqamətində yeni səngərlər qazmağa cəhd göstəriblər
  06 Sentyabr 2023    Oxunub:1485
Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən xəbər verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

AzVision.az


Teqlər: Makron  



Xəbər lenti