Baş Prokurorluğun idarə rəisləri canlı yayıma çıxacaqlar

   Baş Prokurorluğun idarə rəisləri canlı yayıma çıxacaqlar
  06 Sentyabr 2023    Oxunub:1281
Sentyabrın 8-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində ( https://www.instagram.com/prokurorluq /) canlı yayım keçiriləcək.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.



AzVision.az


Teqlər:



Xəbər lenti