Müdafiə nazirliyi daha bir məlumat yaydı

   Müdafiə nazirliyi daha bir məlumat yaydı
  07 Sentyabr 2023    Oxunub:1191
Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə AzVision.az - a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti