Azərbaycanın hərbi nümayəndə heyəti Qazaxıstana gedib
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan Silahlı Qüvvələrinin Tərbiyə və İdeoloji İş Departamentinin rəhbərliyi və müvafiq idarələrinin heyətləri ilə görüşlər keçirib.
Görüşlərdə ideoloji işin təşkili, hərbi psixoloqların hazırlığı, orduda mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, müxtəlif mövzulara dair brifinqlər təqdim edilib.
Təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Həmçinin, nümayəndə heyəti Astana şəhərində yerləşən Milli Müdafiə Universitetində tərbiyəçi zabit və psixoloqların müvafiq tədris prosesi ilə tanış olub, Milli Hərbi Vətənpərvərlik Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


