Erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb

   Erməni silahlılarının Kəlbəcərdə    növbəti təxribatının qarşısı alınıb
  07 Sentyabr 2023    Oxunub:1330
Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.
AzVision.az



Teqlər: Kəlbəcər  



Xəbər lenti