Nürnberq məhkəməsinin azərbaycanlı tərcüməçisi vəfat etdi
Qeyd edək ki, Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. O, İkinci Dünya Müharibəsində iştirak edib, lakin 1942-ci ildə yaralandığı üçün tərxis edilib. 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. Nürnberq proseslərində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib .
O, 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyib. Həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləyib.
1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olub. 1961-ci ildə "Novosti" mətbuat agentliyinin sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilib.
1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olub. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olub. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak edib.
1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləyib.
90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


