1-5 sentyabr tarixlərində Göygöl rayonunda baş tutan tədbirin məqsədi həssas qruplardan olan yeniyetmə qızlarda STEAM sahəsinə maraq yaratmaq, STEAM resurslarını onlar üçün əlçatan etməklə bu sahədə təhsil və karyera imkanlarını təşviq etməkdən ibarət olub.
Düşərgəyə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndlərininin himayəsində olan, Bakıdakı sığınacaqda məskunlaşan və Gəncə-Daşkəsən bölgəsindən olan 30 nəfər 15-18 yaşlı yeniyetmə qız qatılıb.
5 günlük düşərgə müddətində gender bərabərliyi, gender əsaslı cins seçimi, qızların səlahiyyətləndirilməsi, liderlik təlimləri ilə yanaşı, yeniyetmə qızlara STEAM sahəsində peşə seçimi və STEAM mövzularında təlimlər keçilib. İştirakçılar mühəndislik, robot texnologiyaları, 3D modelləşdirmə master-klaslarına qatılıb.
Düşərgənin sonunda müxtəlif qruplara bölünən yeniyetmələr üçün növbəti 6 ay ərzində "Gənc qızların STEAM bacarıqlarının artırılması” layihəsi çərçivəsində ixtisaslaşmış təlimlər keçiriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


