"Ermənistan sərhədə qoşun cəmləşdirir"

      "Ermənistan sərhədə qoşun cəmləşdirir"
  08 Sentyabr 2023    Oxunub:1479
Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.
Bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib: “Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”.

AzVision.az


Teqlər:



Xəbər lenti