Qarabağda müsadirə edilmiş döyüş texnikası və silah-sursatın siyahısı açıqlanıb

 Qarabağda müsadirə edilmiş döyüş texnikası və silah-sursatın siyahısı açıqlanıb
  23 Sentyabr 2023    Oxunub:760
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir.

Siyahıda 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 “Zastava”, 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarası qeyd edilib.

AzVision.az



Teqlər: Qarabağ   Silah-Sursat   Müsadirə  





Xəbər lenti