Azərbaycan və İran XİN başçıları görüşdü

   Azərbaycan və İran XİN başçıları görüşdü
  24 Sentyabr 2023    Oxunub:1275
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.
Bu barədə AzVision.az -a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər ikitərəfli və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərin reinteqrasiya prosesi və qeyri-qanuni erməni qüvvələrinin Azərbaycan tərəfindən tərk-silahı prosesi diqqətə çatdırılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti