Qubada bitişik olan bir neçə obyekt yanıb

Qubada bitişik olan bir neçə obyekt yanıb
  24 Sentyabr 2023    Oxunub:1252
Qubada bitişik olan bir neçə obyekt yanıb.
Bu barədə AzVision.az
Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Quba rayonunun Aşağı Atuc kəndində ümumi sahəsi 70 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan restoranın yanar konstruksiyaları 50 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köşkün içərisində çəlləklərə yığılan 500 litr benzin yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti