Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub

 Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub
  24 Sentyabr 2023    Oxunub:2452
“Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, hazırda Qənirə xanımın ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır:

“Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Lakin xəstənin çox ağır vəziyyəti davam edir”.

***
"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür".

AzVision.az"Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:

"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə daxil olub.
***
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, o, dünən gecədən komaya düşüb və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti