Qərbi Azərbaycanda qətlə yetirilən 216 şəxsdən 30-nun yaxın qohumları dindirilib
-1649406245.jpg)
O qeyd edib ki, eyni zamanda, arxiv sənədlərinin aşkarlanaraq götürülməsi və digər üsullarla bağlı hüquqi yardım göstərilməsi ilə üçün Türkiyə Respublikasına müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30-nun yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınıb.
Eyni zamanda, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməni əsilli şəxslər tərəfindən müxtəlif vasitələrlə döyülərək xəsarət almaları müəyyən edilmiş 15 və onların qohumları aşkarlanaraq zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib.
“Qeyd olunmalıdır ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilib”, - deyə Elmar Camalov vurğulayıb.
AzVision.az
Teqlər: