Kreml Əliyevlə Ərdoğanın görüşünə reaksiya verdi

   Kreml Əliyevlə Ərdoğanın görüşünə reaksiya verdi
  25 Sentyabr 2023    Oxunub:1010
Kreml rəsmisi Dmitri Peskov Türkiyə və Azərbaycan prezidentlərinin görüşünün Qarabağda vəziyyətin normallaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
“Hər dəfə ümid edirik ki, Azərbaycan prezidentinin keçirdiyi bütün görüşlər, o cümlədən Türkiyə prezidenti ilə baş tutan görüşü regionda təhlükəsizliyə töhfə verəcək və baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına kömək edəcək”, – Peskov deyib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə əməkdaşlığı inkişaf etdirmək hüququndan istifadə edən suveren dövlətlərdir. Onun sözlərinə görə, iki ölkə arasında sıx əlaqələr var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti