Kürdəmirdə evdə qaz balonu partlayıb, xəsarət alanlar var

   Kürdəmirdə evdə qaz balonu partlayıb,    xəsarət alanlar var
  25 Sentyabr 2023    Oxunub:732
Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.

Fakt araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti