Zığ qəsəbəsində su kəsiləcək

Zığ qəsəbəsində su kəsiləcək
  25 Sentyabr 2023    Oxunub:547
Sentyabrın 25-də axşam saatlarından başlayaraq və sentyabrın 26-da gün ərzində Bakının Suraxanı rayonunun Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir. Bildirilir ki, içməli suyun verilməsində fasilənin yaranması su kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti