Qarabağda mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir - Video

   Qarabağda mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir -    Video
  26 Sentyabr 2023    Oxunub:1252
Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.

Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti