Xankəndiyə 60 tondan çox yanacaq göndərilib - FOTO

   Xankəndiyə 60 tondan çox yanacaq göndərilib -  FOTO
  26 Sentyabr 2023    Oxunub:1561
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
Yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb. Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.



Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.



AzVision.az


Teqlər:



Xəbər lenti