“Bütün ölkələrdəki Azərbaycan Evlərinə təhlükəsizlik kameraları qoymuşuq”

F. Muradov bildirib ki, Livanda birgə mərkəzlərin fəaliyyəti üçün işlər görülür: “2021-ci ildən etibarən biz bütün ölkələrdəki Azərbaycan Evlərinə təhlükəsizlik kameraları qoymuşuq. Kanadada olan son hadisələrlə bağlı da hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.
Xatırladaq ki, avqustun 31-də Azərbaycanın Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Sentyabrın 20-də isə Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edilib. Bildirilib ki, gecə saatlarında erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
AzVision.az
Teqlər: