David Babayan Azərbaycana təslim olur

      David Babayan Azərbaycana təslim olur
  28 Sentyabr 2023    Oxunub:993
Xankəndidə separatçıların “rəhbəri”nin müşaviri David Babayan könüllü olaraq Azərbaycana təslim olacağını bildirib.
AzVision.az xəbər verir ki, Babayan bu barədə öz feysbuk hesabında paylaşım edib.

“Hamınız bilirsiniz ki, Azərbaycanın qara siyahısına salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma həyata keçirilməsi üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti