"Xidmətlər Zərfində tibbi xidmətlərin sayı 3 dəfədən artıq genişlənib"

   "Xidmətlər Zərfində tibbi xidmətlərin sayı 3 dəfədən artıq genişlənib"
  28 Sentyabr 2023    Oxunub:913
"Bu gün Xidmətlər Zərfində tibbi xidmətlərin sayı 3 dəfədən artıq genişlənib və əhaliyə hazırda 3315 tibbi xidmət göstərilir".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirdə çıxış edərkən deyib. O bildirib ki, Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb və tibbi xidmətlərə çıxış hüquqları var.

Z.Əliyev deyib ki, icbarı sığortanın ana məqsədi tibbi xidmətlərin əməkdaşlara əlçatanlığıdır:

"Bu gün 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanıb ki, vətəndaşlar tibbi xidmətlərdən yararlansın. Səhiyyə xərc tələb edən sahədir və daim inkişaf etdiyi üçün imkanlarımız daxilində dövlət tibb müəssisələrinə yardım etməliyik. Son 2 ildə avadanlıqların alınmasına 100 milyondan çox yardım göstərilib, 300-dən çox təcili tibbi yardım maşını alınıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti