TƏBİB 2023-cü ilin 8 aylıq göstəricilərini açqıladı

TƏBİB 2023-cü ilin 8 aylıq göstəricilərini açqıladı
  28 Sentyabr 2023    Oxunub:733
"2023-cü ilin 8 aylıq göstəricilərinə əsasən, icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31% -i isə özəl tibb müəssisələrində icra edilib".
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yenilənmiş "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirdə çıxış edərkən deyib.

"TƏBİB-n tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısına nəzər salsaq, ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı – 47%, həzm sistemində aparılan əməliyyatların sayı – 14%, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı – 12 %, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı – 9%, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı – 5% və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48%-ni təşkil edib.

TƏBİB-n tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31% təşkil etməklə, onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı – 35%, gözdə aparılan əməliyyatlar – 28%, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları – 23%, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi – 6% olub", V.Qurbanov əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti