"Rusiya İrəvanın Roma Statutunu ratifikasiya etmək qərarını alqışlamır"
“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik və Ermənistan bu status əsasında qəbul edilmiş çətin qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsini nəzərdə tutur) yaxşı xəbərdardır.
Biz bilirik ki, İrəvan bu haqda məlumatlıdır. Bu, bizim alqışlamadığımız şeydir”, - Kreml nümayəndəsi Ermənistanın müvafiq hərəkətlərindən danışarkən qeyd edib.
Peskovun sözlərinə görə, Ermənistanın belə bir qərarı Rusiyaya qarşı düşmənçilikdir.
Bundan əvvəl Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya layihəsinə müsbət rəy verib.
O, həmçinin Ermənistanın Roma Statutunun hüquqi həlli üçün təklif etdiyi razılaşmanın detalları ilə tanış olmadığını bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


