Ermənilər 30 iritutumlu avtobusla Xankəndiyə yola salınıb

   Ermənilər 30 iritutumlu avtobusla Xankəndiyə yola salınıb
  28 Sentyabr 2023    Oxunub:1066
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti