Hərbi xidmət əleyhinə olan cinayətlər 32 faiz azalıb

   Hərbi xidmət əleyhinə olan cinayətlər 32 faiz azalıb
  29 Sentyabr 2023    Oxunub:936
2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb.
AzVision.az xəbər verir ki, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev rəsmi mətbuata müsahibəsində deyib.

O bildirib ki, qəsdən adam öldürmə cinayətləri 33,3%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%, hərbi xidmətdən yayınma cinayətləri 42,7 %, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.

AzVision.az


Teqlər:



Xəbər lenti