“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” yaradılır

 “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” yaradılır
  29 Sentyabr 2023    Oxunub:2119
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur.
Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Qeyd edilib ki, Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib.

AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 14D ünvanına bildirə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti