İlham Əliyev və xanımı Qənirə Paşayevanın məzarına əklil göndərib

   İlham Əliyev və xanımı Qənirə Paşayevanın məzarına əklil göndərib
  29 Sentyabr 2023    Oxunub:2299
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.
AzVision.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, sentyabrın 28-də vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti