Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanov dəfn edilib

   Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanov dəfn edilib
  29 Sentyabr 2023    Oxunub:1777
Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.

E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib.

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.



AzVision.az


Teqlər:





Xəbər lenti